Gecə saatlarında dəhşət: Ana və övladlarını öldürmək istədi
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. "Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, G.Zərbəliyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.