Gədəbəydə güllələnmiş meyit tapılıb.
7News.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaraməmmədli kəndində baş verib.
62 yaşlı Quliyev Azər Əmir oğlunun güllələnmiş meyiti yaşadığı evdə aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verməsi bilinmir.
Araşdırma aparılır.








