RU
Gələn il abituriyentlər xarici dildə 100 sözdən ibarət mətn yazacaq
10:00
29

Gələn il abituriyentlər xarici dildə 100 sözdən ibarət mətn yazacaq

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilib ki, bu yanaşma şagirdlərin yazı bacarıqlarını, fikirlərini ardıcıl və məntiqli şəkildə ifadə etmək imkanlarını, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə şərait yaradacaq.

Eyni zamanda vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ