Türkiyənin Mardin bölgəsində psixoloji problemləri olan qadın doğma
övladının canına qıyıb.
26 yaşlı Filiz adlı qadın 6 yaşlı oğlunu qətlə yetirib. Bir müddətdir müalicə alan
qadın əvvəlcə oğlunu bıçaqlayıb. Daha sonra həmin bıçaqla biləklərini kəsərək
intihara cəhd edib.
Səs-küyə qonşular yığışıb, qapını döysələr də, açan olmayıb. Dərhal polis çağırılıb.
Polis evə girəndə 6 yaşlı uşağı qanlar içində döşəmədə uzanmış vəziyyətdə görüb.
Qadın xəstəxanaya çatdırılıb və həkim nəzarətindədir. Vəziyyətinin ağır olduğu bildirilir.
Uşağın cəsədi isə həmin xəstəxananın morquna təhvil verilib./publika
7News.Az








