Təlim zamanı həyəcanlanan gənc əsgər əlindəki qumbaranı düzgün ata bilməyib.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, qumbara qarşıdakı divara dəyib, üstünə qayıdıb.
Xoşbəxtlikdən təlimçi cəld davranıb və əsgəri də dartaraq özü ilə birlikdə yaxınlıqdakı səngərə atıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Çin ordusu tərəfindən yayımlanan video "Mərkəzi Çin Televiziyasında" efirə verilib.
Görüntülər "Harbin hərbi hava qüvvələri akademiyası"nda çəkilib.
Qeyd edək ki, Harbin Çinin Heilonqjianq vilayətinin şəhəridir.
7News.Az
7News.Az










