RU
Gəncə çayının sahilindəki evləri su basdı
09:48
1127

Gəncə çayının sahilindəki evləri su basdı

Bir neçə gündür ki, Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb. Bu gecə çayın sol sahilindəki 10-a yaxın ev su altında qalıb. Su çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinə tərəf axmağa başlayıb və onların həyətinə dolub. Evlər qəzalı vəziyyətə düşüb. 

Vəziyyətin gərginləşdiyini görən sakinlər aidiyyəti qurumlara xəbər veriblər. Bir neçə saatdır əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Suyun istiqaməti dəyişdirilib. Yaşayış evlərinin həyətlərinə dolan xüsusi qurğularla su çəkilir./kepeztv

7News.Az

 

 






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ