RU
Gəncədə 21 yaşlı oğlan qətlə yetirilib
11:00
1028

Gəncədə 21 yaşlı oğlan qətlə yetirilib

Gəncə şəhərində qətl hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan  verilən məlumata görə, hadisə mayın 9-da saat 14:00 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Həsən Şöhrət oğlu mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Əliyev Müstəcəb Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində H.Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ