Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Mətləb Rəşid oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirib.
RM. Əmiraslanovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır./apa
7news.Az








