RU
Gəncədə 6 şagird zəhərləndi - Yenilənib
15:40
165

Gəncədə 6 şagird zəhərləndi - Yenilənib

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

7News.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
Ətraflı

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

TƏBİB-dən 7News.Az-a bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub: "İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ