Bir yaşlı körpə binanın pəncərəsindən yıxılıb. Hadisə Gəncə şəhərində baş verib. Belə ki, binanın üçüncü mərtəbəsində yaşayan 2021-ci il təvəllüdlü A.Rzayev nəzarətsiz qalıb və pəncərədən yıxılıb. Nəticədə körpənin bazu sümüyü sınıb.