RU
Gəncədə güclü külək yaşayış binasının dam örtüyünü uçurdu - FOTO
14:46
503

Gəncədə güclü külək yaşayış binasının dam örtüyünü uçurdu - FOTO

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

7News.az xəbər verir ki, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.
 
Məlumata əsasən, güclü  külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.
 
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.//apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ