Gəncə şəhərində ibtidai sinif müəlliməsi koronavirusdan vəfat edib.
7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, 13 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən 1957 ci il təvəllüdlü Əsədova Ramidə Hidayət qızı covid 19 infeksiyasına yoluxub və dünyasını dəyişib. Məlumat üçün bildirək ki, 64 yaşlı müəllimə Gəncə şəhərində ən tanınan ibtidai sinif müəllimlərindən olub.Pedaqoq uzun illər idi ki, sözügedən məktəbdə çalışırdı.
7NEWS.az








