RU
Gəncədə müəllimə dəhşətli şəkildə öldü - Yenilənib
11:05
935

Gəncədə müəllimə dəhşətli şəkildə öldü - Yenilənib

Axşam saatlarında Gəncədə vurulan piyadanın şəxsiyyəti məlum olub.
 
"Report"un Qərb bürosu xəbər verir ki, bu, 7 saylı orta məktəbin müəlliməsi, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızıdır.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, "Priora" markalı avtomobili Vasif adlı sürücü idarə edib və maşın yüksək sürətlə hərəkətdə olub. Sürücü polis tərəfindən saxlanılıb.
 
 
***
 
 
Gəncədə avtomobil piyadanı vurub öldürüb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.
 
Məlumata görə, yolu keçmək istəyən piyada qadın "VAZ 21 015” markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ