RU
Gəncədə qəzalar: yaralılar var
13:10
283

Gəncədə qəzalar: yaralılar var

Gəncədə iki piyadanı avtomobil vurub.

7News.Az-ın məlumatına görə, hadisələrdən biri şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Baycan Niyazovu avtomobil vurub. O, xəstəxanaya aparılıb.

İkinci hadisə isə avtovağzalda baş verib. Hərəkətdə olan "Mercedes” şəhər sakini, 1975-ci il təvəllüdlü Sevinc İsgəndərovanı vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Hər iki fakt üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ