Gəncədə yaşayış evində yanğın baş verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti, 2-ci dalanda yerləşən 3 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın 120 kvadratmetr sahəsi olan evin 2 otaq və bir aynabəndini yararsız hala salıb. Yanğınsöndürənlərin səyi nəticəsində alov tez bir zamanda söndürülüb və mənzilin bir otağı yanğından qorunub. Hadisənin qaz sızmasından yarandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır./atv.az
7News.Az








