RU
Ögey anasını öldürən 13 yaşlı qızdan dəhşətli etiraflar - FOTO
23:10
2109

Ögey anasını öldürən 13 yaşlı qızdan dəhşətli etiraflar - FOTO

Türkiyənin Tekirdağ şəhərinin Çorlu bölgəsində yeniyetmə qız ögey anasını qətlə yetirib.

7NEWS.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ötən gün baş verib. 

Gecə yarısı iş yerində növbədə olan evə gəldikdən sonra yuxuya gedib. Səhər 10:00 radələrində oyanan ər həyat yoldaşı Z.O-nun olduğu otağın qapısının bağlı olduğunu görüb.
Qapını sındıraraq açan ər Z.O cansız və qan içərisindəki bədəni ilə qarşılaşıb. O, daha sonra bu barədə polisə məlumat verib.

Axtarışlar nəticəsində I.O-nun 13 yaşlı qızının çantasında cinayət törədilməsində istifadə olunan qaz açarı və bıçaq aşkar edilib.

56 yaşlı ögey anası Z.O-nu qaz açarı ilə öldürən və 2 yerindən bıçaqlayan 13 yaşlı qız həbs edilib. O, dindirilmə zamanı ögey anasına nifrət etdiyini və cinayəti bir ilə planlaşdırdığını söyləyib:

"Bu cinayəti bir ildir planlaşdırırdım. Hadisə günü alətlər çantasından qaz açarını alıb başına vurdum. Daha sonra evdən çıxdım. Hər kəsi öldürəcəkdim, amma ögey anamı öldürdükdən sonra insan öldürməyin o qədər də asan olmadığını başa düşdüm”.
Yeniyetmə qız qəsdən adam öldürmə maddəsi ilə həbs olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ