RU
Girdiman çayında batmış kişinin cəsədi tapılıb
10:42
1067

Girdiman çayında batmış kişinin cəsədi tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Namazgah kəndi ərazisindən keçən Girdiman çayında (ən yaxınlıqdakı məntəqədən 160 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən  verilən məlumata görə, dərhal nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1974-cü il təvəllüdlü, Kərimli Kamal Rəhman oğlunun cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:00-da başa çatıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ