Türkiyənin İstanbul şəhərində "İŞİD” lideri Xalis Bayansuk həbs edilib.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs "İŞİD” və "əl-Qaidə” terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılıb.
Onun Sakaryada təşkilata kadr qazandırmaq üçün gizli məscid açdığı, ziyafətlər təşkil etdiyi, İstanbula terror təşkilatı üçün kadrlar apardığı qeyd olunub.
Xalis Bayansuk "Əbu Xənzəl" ləqəbi ilə məşhurdur. İndiyə qədər o, 4 dəfə həbs olunsa da, qısa müddət sonra azadlığa buraxılıb.
Sonuncu ittihamlar isə onun Türkiyə rəhbərliyinə qarşı səsləndirdiyi təhdidlərlə bağlıdır.








