RU
Gömrükdə əməliyyat: - 709 qram narkotik vasitə aşkar edildi
11:29
1051

Gömrükdə əməliyyat: - 709 qram narkotik vasitə aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Chery A15”  markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi  barədə əməliyyat məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xdidmətindən verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından gələn  Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Chery A15” markalı avtomobilə  “Sem” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı  xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib.

Beləcə, avtomobilin  ön  panelinin  orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu  sökülərək oraya  baxış keçirilib və  qurğunun üst tərəfində  olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan,  gömrük nəzarətindən gizlədilmiş, 9 ədəd şəffaf selofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan  narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./atv.az

7News.Az

 

 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ