RU
Gömrükdə əməliyyat - 8600 ədəd siqaret aşkarlandı
20:00
463

Gömrükdə əməliyyat - 8600 ədəd siqaret aşkarlandı

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.

Dövlət Gömrük Komitəsindən 7news.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ