RU
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi istefa verib
11:30
30

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi istefa verib

ABŞ ordusunun Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən istefa verib.

Bu barədə Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell məlumat verib.

"Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan administrasiyadakı vəzifəsindən gedir", - Parnell bildirib.

O, istefanın səbəbi barədə heç bir açıqlama verməyib.

Felanın vəzifəsini müvəqqəti olaraq onun birinci müavini Hanq Kao icra edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ