7NEWS.az xəbər verir ki, "Google” texnologiya şirkəti Avropa İttifaqı (Aİ) Komissiyasının Android əməliyyat sistemində rəqabət qaydalarını pozduğuna görə təyin etdiyi rekord məbləğdə 4 milyard avroluq cəriməni qüvvədə saxlayan məhkəmə qərarından apellyasiya şikayəti verib.
"Google”, Android əməliyyat sisteminin rəqabət qaydalarını pozduğuna qərar verən Avropa İttifaqı Baş Məhkəməsinin qərarından şikayət etdiklərini və Avropa İttifaqı Komissiyasının şirkətə tətbiq etdiyi cəriməni cüzi azalma ilə qüvvədə saxladıqlarını, Avropa Ədalət Məhkəməsinə şikayət etdiklərini bildirdi.
Bəyanatda Avropa Ədalət Məhkəməsinin iş materiallarında hüquqi aydınlaşdırma tələb edən sahələrin olduğu diqqətə çatdırılıb.
2016-cı ildə Avropa İttifaqı "Google”u Android əməliyyat sistemi ilə bazarda hökmranlıq etməkdə və rəqabət qaydalarını pozmaqda ittiham etmişdi. İttiham "Google”un öz axtarışını və Android cihazlarında quraşdırılmış müxtəlif digər proqramları təklif etməsindən qaynaqlanır.
7NEWS.az








