"Google" San-Fransisko federal məhkəməsində elan edilmiş ABŞ ştatları və istehlakçılarla antiinhisar razılaşması şərtlərinə əsasən, 700 milyon dollar ödəməyə və öz Play proqram mağazasında daha çox rəqabətə icazə verməyə razılaşıb.
7NEWS.az xəbər verir ki, "Google" 700 milyon dollar ödəyəcək və proqramlar mağazasında daha çox rəqabətə imkan verəcək. Şirkətdən verilən açıqlamada Google-un istehlakçılar üçün hesablaşma fonduna 630 milyon dollar, dövlətlərin istifadə edəcəyi fona isə 70 milyon dollar ödəyəcəyi bildirilib.
7NEWS.az








