Goranboy rayonunda avtomobil qəzası baş verib.
Hadisə rayonun Xanqərvənd kəndində baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılıb.
Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərinişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./report
7news.Az








