Goranboy rayonunda yol qəzası baş verib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata görə,hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə baş verib. İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə, iki nəfər yaralanıb. Yaralı 1963 cü il təvəllüdlü Məmmədova Fatma Məməd qızı xəsarət alıb. Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.