RU
Goranboyda yük maşını aşdı, tonlarla çuğundur yola dağıldı
10:00
69

Goranboyda yük maşını aşdı, tonlarla çuğundur yola dağıldı

Goranboyda yük maşını aşıb. 

Hadisə Bakı-Qazax avtomagistralının rayonun Muzdurlar kəndindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan yük maşınının təkərinin partlaması nəticəsində avtomobil aşıb. Onun daşıdığı tonlarla şəkər çuğunduru yola dağılaraq, magistralda avtomobillərin hərəkətini çətinləşdirib. 

Hadisə yerinə texnikalar cəlb edilib, yola dağılan çuğundur təmizlənib. 

Qeyd edək ki, baş verən hadisə zamanı xəsarət alan olmasa da, yük maşının daşıdığı tonlarla şəkər çuğunduru yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ