Bu gün Gəncədə əsən güclü külək şəhər təsərrüfatına xeyli ziyan vurub. Elektrik xətləri qırılıb və işıq dirəkləri yıxılıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, külək şəhərin ən böyük idman məktəbinin dam örtüyünü qopararaq yerə atıb. Xəsarət alan yoxdur.
Artıq şəhər rəhbərliyi problemlərin aradan qaldırılması yönündə işlərə başlayıb.
7News.Az








