Bakıda əsən güclü külək Bayıl qəsəbəsində avtobus dayanacağına ciddi ziyan vurub.
7News.Az xəbər verir ki, küləyin gücünün artması ilə "Jurnalistlər binası”nın yanındakı dayanacağı uçurub. Avtobus dayanacağının şüşələri çilik-çilik olub.
Qeyd edək ki, sözügedən dayanacaq bir müddət əvvəl istifadəyə verilib.
Hadisə yerindən görüntüləri təqdim edirik:








