Kanadanın Kokshels şəhərində güclü yanğın baş verib.
7News.Az bildirir ki, yararsız avtomobillərin saxlanıldığı ərazidə qəfil baş verən alov maşınların alışmasına səbəb olub. Nəticədə 300-ə qədər nəqliyyat vasitəsi tamamilə yanaraq külə dönüb. Qatı tüstü dumanı km-lərlə uzaq ərazilərdən aydın görünüb.
Hadisə yerinə xeyli sayda təcili xilasetmə dəstələri və yanğınsöndürmə briqadaları cəlb olunsa da, onlar alovu söndürmək üçün lazım olan su mənbələrinə gedib çıxa bilməyiblər. Bu üzdən yanğınsöndürənlər su çənlərindən istifadə etmək məcburiyyətində qalıb ki, bu da 100-lərlə maşını söndürməyə kifayət etməyib.
Hazırda Sidney şəhəri yaxınlığında bütün yollar bağlıdır. Yanğının olduğu əraziyə avtomobillərin girişi təhlükəli olduğundan, yanğın tam sönənə qədər maşınların adaya girişinə qadağa qoyulub. Bununla belə, alov sürətlə yayılır. Yanğının sürətlə yayılmasına səbəb maşınların çənlərində qalmış yanacaq və yağlardır.
Yerli dairələr tələfat barədə məlumat vermir. Ətrafda yaşayan sakinlərin evakuasiyasına hazırlıq işləri görülür. Hadisənin başvermə səbəbləri məlum deyil.
7News.Az








