RU
Gülər Əhmədovanın qardaşı xəstəxanaya yerləşdirildi – “Şok keçirdim”
16:07
664

Gülər Əhmədovanın qardaşı xəstəxanaya yerləşdirildi – “Şok keçirdim”

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova APA-ya bildirib ki, hadisə Füzuli rayonunun Haramı qəsəbəsində, "İlqarla bir gün” ekstrim verilişinin çəkilişi zamanı baş verib.

Onun sözlərinə görə, ilan İ. Mikayıloğlunu baldır nahiyəsindən sancıb: "Hadisədən dərhal sonra İlqara ilan zəhərinə qarşı zərdab vurulub. Elə ilkin tibbi yardım da çəkiliş üçün ayrılmış təcili tibbi yardım maşınında göstərilib. Həmin vaxt İlqarın vəziyyəti elə də təhlükəli deyildi. Həkimlər dedi ki, ola bilsin, bundan sonra vəziyyəti bir qədər ağırlaşsın”.

Z. Bayramova qeyd edib ki, İ. Mikayıloğlu təcili tibbi yardım maşını ilə Bakıya gətirilir: "Biz ilanın növünü, zəhərli olub-olmadığını bilmədiyimiz üçün İlqarı Bakıya gətiririk. Hazırda Beyləqan ərazisindəyik”.

Qardaşının qəfil xəbərini eşidən eks millət vəkili Yenicag.az-a bunları deyib:
"Bu dəqiqələrdə Bakıya gətirilir, mən öldüm qurtardım. Ay İlqar, sənə ekstrim lazım idi? Min dəfə ona dedim ki, bu verilişdən imtina et, həyatınla oynama, sözümə baxmadı. İlqar Qarabağda döyüşüb, bədənində qəlpələr daşıyır. Hər dəfə onun yarası qanayanda o dünyanı görüb gəlirəm. Niyə məni öldürürsən, ay İlqar?”

Gözyaşlarını saxlaya bilməyən G.Əhmədova xəbərdən şok keçirdiyni deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ