RU
Güllə Ərdoğanın baş yavəri həbs olundu
23:30
573

Güllə Ərdoğanın baş yavəri həbs olundu

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində sabiq prezident Abdullah Gül və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş yavəri (hərbi müşaviri) Bekir Furkan Özdaban həbs olunub.

Özdaban yanvarın 16-da 7 polkovniklə birlikdə Şimali Kipr Türk Cumhuriyyətində polislər tərəfindən saxlanılaraq Ankaraya gətirilmişdi.

8 nəfər məhkəmədə dindirildikdən sonra onların xarici ölkəyə səyahətləri qadağan olunmuş və sərbəst buraxılmışdılar. Lakin Ankara Cumhuriyyət Baş Prokurorluğu bu gün onun buraxılmasına etiraz edəndən sonra B. Özdaban Ankara 1-ci Sülh Cəza Məhkəməsində dindirilib və haqqında həbs-qətimkan tədbiri seçilib./qafqazinfo
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ