RU
Gürcüstan hökuməti Avropa Parlamentinin üzvlərini məsuliyyətsizlikdə ittiham edib
15:30
124

Gürcüstan hökuməti Avropa Parlamentinin üzvlərini məsuliyyətsizlikdə ittiham edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Parlamentinin deputatlarını məsuliyyətsizlikdə ittiham edib.

7NEWS.Az xəbər verir ki, o, parlamentin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni gürcü xalqı üçün təhqiramiz olduğunu bildirib.

İ.Qaribaşvilinin sözlərinə görə, qətnamə yalan və qeyri-dəqiq məlumatlarla doludur:

"Təəssüflər olsun ki, Avropa Parlamentinin üzvləri ölkəmizə və vətəndaşlarımıza qarşı tam məsuliyyətsizlik nümayiş etdirdilər”.

Xatırladaq ki, iyunun 9-da Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxulardan, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub. Sənəddə həmçinin hakim "Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ