Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir.
7News.Az-ın məlumatına görə, bundan bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 GEL-ə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi.
Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.
Noyabrın 1-də 1 avro - 3.0848, 1 manat isə 1.6044 lariyə bərabər olub.
Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 lariyə qədər bahalaşacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq.
Məlumat üçün bildirək ki, son üç ayda Gürcüstanda avtomobil yanacağının qiyməti 15-35 tetri, çörəyin qiyməti isə 10-20 tetri arasında bahalaşıb.
7News.Az








