RU
Gürcüstan XİN Vyaçeslav Volodinin Abxaziyaya səfər etməsini şiddətlə qınayıb
21:00
636

Gürcüstan XİN Vyaçeslav Volodinin Abxaziyaya səfər etməsini şiddətlə qınayıb

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin işğal altındakı Abxaziyaya səfər etməsini şiddətlə qınayıb.

7NEWS.Az xəbər verir ki, XİN-in bəyanatında Volodinin səfəri Moskva tərəfindən beynəlxalq hüququn fundamental prinsipləri və normalarının növbəti dəfə pozulması kimi qiymətləndirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, səfər Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir, həmçinin onun 2008-ci ilin 12 avqustunda Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına məhəl qoymamasına dair daha bir faktdır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ