RU
Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb
00:00
794

Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

Gürcüstan paytaxtı Tbilisidə silahlı insident baş verib.

7NEWS.Az "Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb.

Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ