RU
Gürcüstanda bayramdır: Bu gündən Avropaya vizasız gedəcəklər
15:23
609

Gürcüstanda bayramdır: Bu gündən Avropaya vizasız gedəcəklər

Bu gündən etibarən Gürcüstan vətəndaşları Avropaya şengen vizasız gedəcəklər. 
 
Azxeber.com-un məlumatına görə, vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tələbələr, alimlər, KİV nümayəndələri və hökumət üzvləri ilə Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanından öncə qədim sivilizasiyanın paytaxtı Afina, daha sonra Avropanın siyasi mərkəzi Brüsselə vizasız yola düşüb.
 
Bu gün G.Kvirikaşvili Kapodistri adına Afina Mili Universitetində "Gürcüstan Avropadan Avropaya” konfransını açıq elan edəcək. Tədbirdə gürcü və yunan professor və müəllimlər, tələbə və alimlər iştirak edəcəklər. Bununla yanaşı Gürcüstanın baş naziri yunan həmkarı Aleksis Tsiprasla görüş keçirəcək. Görüşdən sonra baş nazirlər birgə bəyanatla çıxış edəcəklər. Gənclər və alimlərlə birgə baş nazir Afina Akropoluna baxacaq.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ