Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bu gecə xarici vətəndaşlardan pul tələb etməkdə ittiham olunan 14 nəfəri saxlayıb.
Bu barədə DİN məlumat yayıb.
Xüsusi əməliyyat eyni vaxtda Tbilisinin tarixi mərkəzi - Şarden küçəsində yerləşən bir neçə gecə klubunda keçirilib.
Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teimuraz Kupatadzenin sözlərinə görə, saxlanılanların sayı arta bilər.








