Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Ölkənin koronavirusa qarşı mübarizə üzrə Qurumlararası Qərargahının iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, ölkədə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyat işləməyəcək.
"Avqustun 14-dən sentyabrın 4-nə qədər üç həftə ərzində növbəti məhdudiyyətlət tətbiq ediləcək: ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, festival, konsert və idman yarışlarının keçirilməsi qadağan olunacaq. Beynəlxalq mərkəzlərdən başqa, uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilməyəcək. Restoran və kafelər isə axşam 23:00-a qədər işləyəcək”,- deyə məlumatda qeyd olunub.
Bundan əlavə, dövlət və özəl sektora əməkdaşlarını distant iş qaydasına keçirmək tövsiyə edilib./qafqazinfo
7NEWS.Az








