Gürcüstanda ötən sutkada koronavirusa 590 yeni yoluxma halı təsdiqlənib, 10 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 645 301-ə, ölənlərin sayı isə 16 698-ə çatıb.
Son bir gündə 3 247, ümumilikdə isə 1 611 688 nəfər müalicə olunaraq sağalıb.








