RU
Gürcüstanda koronavirusa həftəlik yoluxma 2 500-ü ötüb
13:10
132

Gürcüstanda koronavirusa həftəlik yoluxma 2 500-ü ötüb

Gürcüstanda son həftə ərzində daha 2 570 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 nəfər ölüb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

İyunun 27-dən iyulun 3-dək olan müddətdə daha 1 103 nəfər müalicə olunaraq sağalıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 1 662 299 yoluxma faktı təsdiqlənib. Yoluxanların 1 643 579-u sağalıb, 16 844-ü vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ