RU
Gürcüstanda mikroavtobus dərəyə düşüb, 3 nəfər ölüb
23:50
1280

Gürcüstanda mikroavtobus dərəyə düşüb, 3 nəfər ölüb

Gürcüstanda Jinvali su anbarı yaxınlığında mikroavtobusun aşması nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Mikroavtobusda 8 nəfər olub. İki nəfər yerindəcə keçinib, bir nəfər isə yerli xəstəxanada vəfat edib.

Sərnişinlərin hamısı turistlərdir. Onlar Qudauri dağ-xizək kurortuna istirahətə gediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin "İki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ