RU
Gürcüstanda NATO Hərbi Komitəsinin plenar sessiyası keçiriləcək
22:00
630

Gürcüstanda NATO Hərbi Komitəsinin plenar sessiyası keçiriləcək

7-8 oktyabr tarixlərində Gürcüstanda NATO Hərbi Komitəsinin dördüncü plenar sessiyası keçiriləcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni sədr Admiral Rob Bauerin rəhbərliyi ilə Hərbi Komitə Gürcüstana səfər edəcək.

"NATO-nun ən ali hərbi orqanının rəsmi səfəri onun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, müstəqilliyinə və Avro-Atlantik hədəflərinə sarsılmaz dəstəyini bir daha vurğulayır”, - nazirliyin məlumatında qeyd olunub./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ