Yanvarın 4-nə olan məlumata əsasən, Gürcüstanda koronavirusun "Omikron” ştamına 159 yoluxma halı təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiyaya uğramış ştamına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.








