Gürcüstanın Kvareli şəhərində bank filialına basqın edən silahlı şəxs girovların hamısını sərbəst buraxıb.
Bu barədə Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili "Birinci kanal”a məlumat verib.
Onun sözlərinə görə, hazırda polis basqınçı ilə danışıqları davam etdirir.
17.19
Bu barədə "İmedi” telekanalı məlumat yayıb.
Hazırda girovluqda iki nəfərin qaldığı bildirilir.
16.39
Gürcüstanın Kvareli şəhərində "Gürcüstan bankı”nın filialına basqın edən şəxs 15 nəfəri girov götürüb.
Bu barədə yerli telekanallar məlumat yayıb.
Məlumatlara əsasən, basqınçı girovları azad etmək üçün yarım milyon lari pul tələb edir.
16.08
Gürcüstanın Kvareli şəhərində "Gürcüstan bankı”nın filialına silahlı basqın olub.
Bankda bir neçə əməkdaş və müştərinin olduğu bildirilir.
Basqınçıda əl qumbarasının olması barədə məlumatlar yayılıb. Filialda olan şəxslərin girov götürüldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
7NEWS.Az








