RU
Gürcüstanda xüsusi əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb - YENİLƏNİB
20:00
407

Gürcüstanda xüsusi əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb - YENİLƏNİB

Gürcüstanın Tbilisi və digər şəhərlərində həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatlar zamanı 10 nəfər saxlanılıb.

Bu barədə yerli mətbuat yazıb.

Həmin şəxslər "oğru dünyası” ilə əlaqələrdə ittiham olunurlar. Onların arasında keçmiş deputat Teymuraz Jorjolianinin oğlunun da olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyatlarla bağlı hələ rəsmi açıqlama yaymayıb.

09:08

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda xüsusi əməliyyatlar keçirilir.

Bir neçə nəfərin saxlanıldığı barədə məlumatlar yayılıb.

Həmin şəxslərin "oğru dünyası” ilə əlaqəli olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatlarla bağlı məlumat yayacağı gözlənilir./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ