RU
Gürcüstandan Azərbaycana qanunsuz siqaret və dərman daşınmasının qarşısı alınıb
13:30
23

Gürcüstandan Azərbaycana qanunsuz siqaret və dərman daşınmasının qarşısı alınıb

Gürcüstan vasitəsilə Azərbaycana aksiz markası olmayan siqaretlərin və külli miqdarda bəyan edilməmiş dərman vasitələrinin daşınmasının qarşısı alınıb.

Bu barədə məlumatı Gürcüstanın Gəlirlər Xidməti yayıb.

Bildirilib ki, ixrac prosedurları çərçivəsində Gürcüstandan Azərbaycana "Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə şəkərlə yüklənmiş üç yük maşınının hərəkət etdiyi müəyyənləşdirilib. Nəqliyyat vasitələrinə ətraflı baxış zamanı onlardan birində bəyan edilməmiş mallar – 100 000 qutu "MILANO” siqareti və 1 114 ədəd müxtəlif dərman vasitəsi aşkarlanıb.

Bəyan edilməmiş malların ümumi dəyəri 1 060 000 laridən çox təşkil edib.

Faktla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ