RU
Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq edirəm”
19:50
621

Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq edirəm”

"Gürcüstan iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında mediasiya prosesində iştirak etməkdə davam edəcək”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, oktyabrın 8-də Ermənistana etdiyi səfərin çox uğurlu keçdiyini bildirib: "Əsas müzakirə mövzularından biri regional əməkdaşlıq və Gürcüstanın bölgədə üç ölkənin sıx əməkdaşlığını nəzərdə tutan Dinc Qonşuluq Təşəbbüsü olub”.

İ.Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq etdiyini bildirib: "Bu prosesdə Gürcüstanın vacib və böyük rolu var. Bu ilin iyununda Azərbaycan və Ermənistan arasında vasitəçiliyimz, hər iki ölkə liderinin razılığı ilə uğurlu presedentə nail olundu”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ