RU
lombard
Gürcüstanın baş naziri Saakaşvilini narkoman adlandırıb
21:30
694

Gürcüstanın baş naziri Saakaşvilini narkoman adlandırıb

"Mixeil Saakaşvili narkotik vasitələrin aktiv istifadəçisidir və onun canlı yayımları bunu təsdiq edir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

"Qəbul etdiyi dozadan asılı olaraq, o, bəzən tonunu qaldırır, bəzən aşağı salır”, - hökumət başçısı əlavə edib.

İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana gələ bilməyəcəyini söyləyib: "Saakaşvili adi qorxaqdır. Əgər o gəlsə, dərhal həbs olunacaq və heç kəs bu prosesə müqavimət göstərə bilməyəcək”./report

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ