RU
Göyçayda 17 yaşlı şəxs həmyaşıdını bıçaqladı
13:30
73

Göyçayda 17 yaşlı şəxs həmyaşıdını bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Mırtı kəndində 17 yaşlı N.N. şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H.-yə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ