RU
Göyçayda avtomobil hasara çırpılıb, 2 nəfər ölüb
20:40
142

Göyçayda avtomobil hasara çırpılıb, 2 nəfər ölüb

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunda, Göyçayın Xəlitli kəndi ərazisində qeydə alınıb. 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ